AZ

Misir İsrailə qarşı qaldırılan iddiaya qoşuldu

Misir Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiasına qoşulacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. “Misir Ərəb Respublikası Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə qaldırdığı işdə rəsmi şəkildə iştirak etmək niyyətini açıqlayır”, - bəyanatda deyilir.

Qərar gərginliyin artması və İsrailin Qəzza zolağının Fələstin mülki əhalisinə qarşı təcavüzünün miqyası ilə əlaqədar qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
11
buta.tv

10Mənbələr