RU

Hər kəs birlikdə sülh içində yaşamalıdır - Xalid Akaşeh

Bakı. Trend:

Hər kəs birlikdə sülh içində yaşamalıdır. Heç kəs dinimənsubiyyətini gizlətməməlidir.

Trend xəbər verir ki, bu barədə Dinlərarası dialoq monastırınınMüsəlmanlarla dinlərarası əlaqələr komissiyasının katibi cənabXalid Akaşeh VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuçərçivəsində keçirilən “Dinlərarası dialoq vasitəsilə etimadınmöhkəmləndirilməsi” mövzusunda panel müzakirəsi zamanı deyib.

“Lazım olduqda dini kimliyi paylaşmaq mümkün olmalıdır. Bəziölkələrdə dinlərarası dialoqla məşğul olan insitutlar mövcuddur.Biz dinlərarası dialoqda iştirak etməkdən böyük zövq alırıq”,- deyəo bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
2
az.trend.az

3Источники