AZ

Hər kəs birlikdə sülh içində yaşamalıdır - Xalid Akaşeh

Hər kəs birlikdə sülh içində yaşamalıdır. Heç kəs dini mənsubiyyətini gizlətməməlidir.

Olaylar.az xəbər verir ki, bu barədə Dinlərarası dialoq monastırının Müsəlmanlarla dinlərarası əlaqələr komissiyasının katibi cənab Xalid Akaşeh VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzusunda panel müzakirəsi zamanı deyib.

"Lazım olduqda dini kimliyi paylaşmaq mümkün olmalıdır. Bəzi ölkələrdə dinlərarası dialoqla məşğul olan insitutlar mövcuddur. Biz dinlərarası dialoqda iştirak etməkdən böyük zövq alırıq",- deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

"Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
2
olaylar.az

3Mənbələr