RU

ICESCO-nun Baş direktoru: Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranını aradan qaldıra bilərik

ICESCO-nun

Bakı, 1 may, AZƏRTAC

İqlim dəyişmələri beynəlxalq gündəliyi tutan ekoloji problemə çevrilib. Həmin qlobal məsələ real bir haldır və fəsadlarını aradan qaldıra bilməsək gələcək nəsillər üçün problem yaranacaq. Odur ki, təxirəsalınmaz və təcili tədbirlərin həyata keçirilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

“Yüksək ambisiyalı gələcək təmin etmək vəzifələrimizdəndir. Yaşıl enerjiyə keçidin təmin edilməsi, onun əhatə dairəsinin genişləndirilməsi, yardımçı institutların hazırlanması və adaptasiya işlərinin həyata keçirilməsi vacibdir. Çünki təhdidlər heç bir sərhəd tanımır. Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranlarını aradan qaldıra bilərik", -deyə o bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
110
12
azertag.az

10Источники