AZ

TDT üzv ölkələrdə ətraf mühitin qorunmasına böyük önəm verir

Bakı, 1 may, AZƏRTAC

İqlim dəyişmələri ilə mübarizə məsələsi Türk Dövlətləri Təşkilatının (TDT) gündəliyində mövcuddur. Biz həmin qlobal problemin həllinə töhfə vermək üçün türk dövlətləri arasında əməkdaşlığı daha da möhkəmləndirilməliyik.

AZƏRTAC xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubançibek Ömüraliyev deyib.

O, TDT-nin üzv ölkələrdə ətraf mühitin qorunması, “yaşıl enerji”yə keçid və digər məsələlərin təşviqinə böyük önəm verdiyini də diqqətə çatdırıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
12
azertag.az

10Mənbələr