RU

Bəhram “Şəhər mədəniyyəti” şərhinə görə TƏNQİD OLUNDU – FOTO 

Əməkdar artist Bəhram Bağırzadənin son paylaşımı növbəti dəfə tənqid hədəfinə çevrilib. 

Bizim.Media xəbər verir ki, aktyor konsert məkanlarının birində zala daxil olmaq üçün sıraya düzülən insanların görüntülərini sosial şəbəkə hesabında yayımlayaraq “Şəhər mədəniyyəti” sözlərini yazıb. 

Bağırzadənin bu şərhi sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb. Tez-tez çıxışlarında və paylaşdığı postlarda “şəhər-rayon” mövzusuna toxunan B.Bağırzadə izləyicilər tərəfindən yenidən “linç” olunub. 

Qeyd edək ki, Bəhram Bağırzadə açıqlamalarının birində “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsünüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz” sözləri ilə gündəmə səs salmışdı. 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
1
bizim.media

10Источники