AZ

Bəhram: "Efirdə ləhcə ilə danışan, çayxana söhbətləri edən aparıcılar var" – VİDEO 

"7 ildir ki, televiziyaya baxmıram. Ara-sıra İctimai Televiziyaya baxıram. Mənə digər kanallarda yayımlanan verilişlər maraqlı deyil. O verilişlərin aparıcıları məni qane etmir". 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə "YouTube"da yayımlanan "Künc-bucaq" verilişində deyib. 

Sənətçi bildirib ki, efir məkanında yayımlanan verilişlərin bir çox aparıcılarının intellekt səviyyəsi aşağıdır: 

"Aparıcı Aytən Səfərova danışdı, tənqid etdi. Deyir ki, aparıcıların günahı yoxdur. Onları efirə buraxanlar günahkardır. Bunu mən 10 il əvvəl demişəm. Veriliş aparan aparıcı mənə nə məlumat verə bilər? Aparıcıların IQ-sü çox aşağı səviyyədədir. İstəyirəm ki, məndən yüksən olan insanı dinləyim, ondan nəsə götürüm. Primitiv çayxanada olan söhbəti, ləhcəsi ilə mənə nə verəcək? Maraqlı olan insanları verilişə dəvət etmirlər". 
 

Rəşad Əliyev, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
bizim.media

10Mənbələr