RU

Azərbaycanla dostluğumuzu, tərəfdaşlığımızı yüksək qiymətləndiririk - Gürcüstanın baş nazirinin müavini

Bakı. Trend:

Cənubi Qafqaz elə bir dövlətdir ki, burada müxtəlif dindən vəmədəniyyətdən olan insanlar yaşayır.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirininmüavini və mədəniyyət naziri Thea Tsulukiani VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminəmədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda keçirilənNazirlərin 5-ci görüşündə çıxışı zamanı deyib.

“Biz inanırıq ki, hər bir ölkəyə öz dəyər və mədəniyyətlərininümayiş etdirmək imkanı verilər. Biz inklüziv Avropa cəmiyyətininbir hissəsi olmaq istəyirik. Mədəni müxtəliflik sahəsindəGürcüstanda sənədlər hazırlanıb və qəbul edilib. Bu sənədlər mədənimüxtəliflik üçün müvafiq mühit yaradılmasına fayda verəcək.

Biz Azərbaycanla dostluğumuzu, tərəfdaşlığımızı yüksəkqiymətləndirir və hər beynəlxalq tədbirdə bunu vurğulayırıq. BizAzərbaycanla böyük şərəf hissi ilə əməkdaşlıq edirik”,- deyə nazirbildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuöz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
1
az.trend.az

2Источники