AZ

Azərbaycanla dostluğumuzu, tərəfdaşlığımızı yüksək qiymətləndiririk - Gürcüstanın baş nazirinin müavini

Cənubi Qafqaz elə bir dövlətdir ki, burada müxtəlif dindən və mədəniyyətdən olan insanlar yaşayır.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın baş nazirinin müavini və mədəniyyət naziri Thea Tsulukiani VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən " Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" mövzusunda keçirilən Nazirlərin 5-ci görüşündə çıxışı zamanı deyib.

"Biz inanırıq ki, hər bir ölkəyə öz dəyər və mədəniyyətlərini nümayiş etdirmək imkanı verilər. Biz inklüziv Avropa cəmiyyətinin bir hissəsi olmaq istəyirik. Mədəni müxtəliflik sahəsində Gürcüstanda sənədlər hazırlanıb və qəbul edilib. Bu sənədlər mədəni müxtəliflik üçün müvafiq mühit yaradılmasına fayda verəcək.

Biz Azərbaycanla dostluğumuzu, tərəfdaşlığımızı yüksək qiymətləndirir və hər beynəlxalq tədbirdə bunu vurğulayırıq. Biz Azərbaycanla böyük şərəf hissi ilə əməkdaşlıq edirik",- deyə nazir bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

"Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
day.az

2Mənbələr