RU

Tanınmış amerikalı yazıçı vəfat etdi

Bakı. Trend:

Tanınmış amerikalı yazıçı Pol Oster 77 yaşında vəfat edib.

Trend xəbərverir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, dostu Ceki Layden yazıçının ölüm xəbərinitəsdiqləyib.

Onun sözlərinə görə, yazıçı mayın 30-da Bruklində öz evindəvəfat edib. Pol Osterin ölüm səbəbi ağciyər xərçəngindən sonraağırlaşma olub.

Qeyd edək ki, Pol Oster postmodernizm, absurdizm vəekzistensializm janrlarında yazıb. Yazıçı "Nyu-York trilogiyası"sayəsində şöhrət qazanıb. "Leviafan" romanına görə isə Pol OsterFransanın nüfuzlu Mediçi mükafatına layiq görülüb.

Bundan başqa, Pol Oster fransız dilindən kitabların, o cümlədən,Jan-Pol Sartr və Andre Bretonun əsərlərinin tərcüməsi ilə məşğulolub. Yazıçı, həmçinin, bir sıra filmlərin ssenarisini yazıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
1
az.trend.az

2Источники