AZ

Tanınmış amerikalı yazıçı vəfat etdi

Tanınmış amerikalı yazıçı Pol Oster 77 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, dostu Ceki Layden yazıçının ölüm xəbərini təsdiqləyib.

Onun sözlərinə görə, yazıçı mayın 30-da Bruklində öz evində vəfat edib. Pol Osterin ölüm səbəbi ağciyər xərçəngindən sonra ağırlaşma olub.

Qeyd edək ki, Pol Oster postmodernizm, absurdizm və ekzistensializm janrlarında yazıb. Yazıçı "Nyu-York trilogiyası" sayəsində şöhrət qazanıb. "Leviafan" romanına görə isə Pol Oster Fransanın nüfuzlu Mediçi mükafatına layiq görülüb.

Bundan başqa, Pol Oster fransız dilindən kitabların, o cümlədən, Jan-Pol Sartr və Andre Bretonun əsərlərinin tərcüməsi ilə məşğul olub. Yazıçı, həmçinin, bir sıra filmlərin ssenarisini yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
ikisahil.az

2Mənbələr