RU

Ağdamda yol qəzası olub, ölən və xəsarət alanlar var

Ağdamda yol qəzası olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 77-YD-327 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə 02-BU-150 nömrə nişanlı "VAZ" markalı avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər ölüb. Xəsarət alanların olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.

Ağdamda Ağdamda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
7
apa.az

5Источники