AZ

Ağdamda yol qəzası olub -ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

Ağdamda yol qəzası olub.


APA xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 77-YD-327 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə 02-BU-150 nömrə nişanlı "VAZ" markalı avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər ölüb. Xəsarət alanların olduğu bildirilir.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.


Bildirib ki, faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
7
senzor.az

5Mənbələr