RU

Kitabxanada gənc rəssamın fərdi rəsm sərgisi açıldı

Bu gün, mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitabxananın oxucusu,gənc rəssam Almaz İdrisovanın fərdi rəsm sərgisi açıldı. Sərgi 28 May – Müstəqilliyin Bərpası Gününə həsr olunub.

Sərgidə rəssamın “Xocalıya ədalət” kampaniyası çərçivəsində çəkdiyi “Kölgədə qalan xəyallar” pannosu nümayiş olunur. Panno İstanbul, Ankara, Tiflis və s. şəhərlərdə keçirilən bir çox Beynəlxalq, habelərespublikada keçirilən sərgilərdə nümayiş olunub. Rəssamındigər rəsm əsəri “Şəhid Samir Kaçayevin xatirəsinə”adlanır.

Sərgidə “Melodiya”, “İpək yolu”,“Payız qızı”, “Yuxu“, “Atəş və su”, “Frida Kalo və mən” (Frida Kalo meksikalı rəssamdır) adlı rəsmlər nümayiş olunur. Rəsmlər kətan üzərində yağlı boya ilə işlənilib.

Rəssam Almaz İdrisova 246 saylı tam orta məktəb-liseyi bitirib. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsinin Qrafika ixtisasına qəbul olunub. Hal-hazırda Təsviri sənət və Sənətşunaslıq fakültəsinin Sənətşunaslıq ixtisasının magistratura pilləsində təhsil alır.Rəssam 100-ə yaxın sərgi və müsabiqələrdə iştirak edib. O, şəxsi emalatxanasında tələbələrə rəssamlıqsənətinin sirrlərini öyrədir.
Rəssam A.İdrisovanın kitabxanadakıfərdirəsm sərgisi bir ay davam edəcək.

SƏBİNƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
11
sia.az

10Источники