AZ

Fransada azərbaycanlı rəssamın sərgisi keçirildi

Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Emil Səlimovun fərdi sərgisi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu, E.Səlimovun səhnə sənətinə və teatr aləminə həsr etdiyi əsərlərindən ibarət ikinci fərdi sərgisidir.

Səhnələşdirdiyi tamaşaların bütün dekorasiyasını özü ərsəyə çatdıran teatr ustası bu gün yaradıcılığını səhnə sənətinin sirrlərini əks etdirən rəsm əsərlərinə həsr edib.

E.Səlimov 1956-cı ildə Bakıda anadan olub. O, bir müddət Ukraynada yaşayıb, sonra isə Fransaya köçüb. E.Səlimov uzun müddət Parisdə səhnə rejissoru kimi fəaliyyət göstərib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
2
teleqraf.com

10Mənbələr