RU

Parisdə IEA-COP29 formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək

Bakı. Trend:

Parisdə mayın 15-də Beynəlxalq Enerji Agentliyi (IEA) - COP29formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək.

Trend xəbərverir ki, bu barədə IEA-nın icraçı direktoru Fatih Birol COP29prezidenti Muxtar Babayevlə görüşündən sonra "X" platformasındayazıb.

"Mayın 15-də Parisdə "IEA-COP29" formatında yüksək səviyyəli ilkdialoqumuzu keçirməyi səbirsizliklə gözləyirəm", - deyə IEA-nınicraçı direktoru yazıb

F.Birol, həmçinin, IEA-nın ölkələrə yeni milli töhfələrlə bağlı,eləcə də, bu il Bakıda keçiriləcək COP29-un uğurlu nəticələrinintəmin olunmasında dəstəyini təsdiq edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
177
3
az.trend.az

7Источники