Bakı. Trend:
Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX)minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlbedilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1əl qumbarası, 3 ədəd UZRQM partladıcısı və 1 ədəd tüstü şaşqasıolduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindənzərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.