AZ

Nərimanovda qumbaralar və partladıcı tapılıb - VİDEO

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Nərimanov rayonu ərazisində sursat aşkar edilməsi barədəməlumat daxil olub.

Trend xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in XüsusiRiskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevikqrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1əl qumbarası və 3 ədəd UZRQM partladıcısı olduğu müəyyənedilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindənzərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
4
az.trend.az

10Mənbələr