Ukrayna yaxın bir neçə ildə NATO-ya qəbul edilməyəcək.
Bu barədə ABŞ prezidentinin xüsusi köməkçisi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji planlaşdırma üzrə baş direktoru Tomas Rayt bildirib.
Onun sözlərinə görə, Ukraynanın NATO-dakı rolu məsələsi “ikili”dir. Rayt izah etdi ki, ölkə hazırda “böyük müharibənin ortasındadır”. O qeyd edib ki, Qərb yaxın bir neçə il ərzində Ukraynanın müdafiəsini gücləndirməyə sadiqdir.
Mənbə: Haber Global