Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi Ermənistanın yerləşdirdiyi mina təhlükəsi ilə üzləşir.Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "X" səhifəsində yazıb."Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi ölümcül “müharibə qalıqları” – Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bu gün daha bir partlayış baş verib, nəticədə ANAMA-nın əməkdaşı ağır xəsarət alıb", - deyə H.Hacıyev qeyd edib.Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.ZÜMRÜD
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта