"Hörmətli qurumlar, məsələni çözün. Akademik Musiqili Teatrda çalışıram. Tamaşaya gəlmişəm. Zərifə Əliyeva küçəsi bağlıdır, keçmək mümkün deyil. Molokan bağının yanında dayanacaqda yer olduğu halda polis içəri buraxmır. Maşınlar dayanıb, içəridə yer ola-ola buraxmırlar. Kimə deyim? Yerüstü Nəqliyat Agentliyinin rəhbərinin yanında qəbulda olum. Cavab verdi ki, mənə necə göstəriş verilib, elə edirəm. Vaxtında tamaşaya gəlmişəm, maşını harada saxlayım? Kibrit qutusu deyil ki, qatlayım qoyum cibimə gedim. Tək mənim yox, teatrın digər əməkdaşlarının böyük problemidir. Dayanacağa hər saatda ödədiyimiz pul, maaşımızın yarısını aparır. Tamaşaçılarımızın sayını da bu məsələ azaldıb. Çünki teatra gələnlər maşın saxlamağa yer tapmır".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта