"Qəbələ" Azərbaycan Premyer Liqasının 32-ci turunda "Kəpəz"ə məğlub olub - 0:1. Futbolpress.az xəbər verir ki, bu nəticə ilə "qırmızı-qaralar"ın sonuncu sırada qalacağı dəqiqləşib. "Qəbələ" sona 4 tur qalmış 9-cu pilədəki "Kəpəz"dən 14 xal geri qalır və qarşıdakı oyunlarda qələbə qazansa belə, sonuncu sıranı tərk edə bilməyəcək. Premyer Liqanın reqlamentinə əsasən bölgə təmsilçisi elitanı tərk etməli olacaq.