Premyer Liqanın sonuncusu - "Qəbələ"
"Qəbələ" Azərbaycan Premyer Liqasının 32-ci turunda "Kəpəz"ə məğlub olub - 0:1.
Futbolpress.az xəbər verir ki, bu nəticə ilə "qırmızı-qaralar"ın sonuncu sırada qalacağı dəqiqləşib.
"Qəbələ" sona 4 tur qalmış 9-cu pilədəki "Kəpəz"dən 14 xal geri qalır və qarşıdakı oyunlarda qələbə qazansa belə, sonuncu sıranı tərk edə bilməyəcək.
Premyer Liqanın reqlamentinə əsasən bölgə təmsilçisi elitanı tərk etməli olacaq.