“Fənərbağça”nın yarımmüdafiəçisi İsmail Yüksək dünən keçirilən “Beşiktaş”la oyunda zədələnib.
İdmanxeber.az insayder Yağız Sabuncuoğluya əsasən məlumat verir ki, 25 yaşlı oyunçu bu mövsüm bir daha oyunlara çıxa bilməyəcək. Onun 4-6 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
İsmail 2021-ci ilin yayından “Fənərbağça”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.