RU

XXXII turun daha 3 oyunu keçiriləcək - Azərbaycan Premyer Liqası

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək.   Manset.az xəbər verir ki, ilk olaraq "Qəbələ" "Kəpəz"i qəbul edəcək. Gəncə təmsilçisi 31 xalla 9-cu, "qırmızı qaralar" 17 xalla 10-cu pillədə qərarlaşıblar. Meydan sahibləri bu matçda qələbə qazana bilməsə, çempionatda sonuncu olacaq və reqlamentə əsasən elitanı tərk edəcək. Günün ikinci duelində avrokuboklara iddialı "Neftçi" "Turan Tovuz"u sınağa çəkəcək. "Ağ-qaralar" hələlik 47 xalla 5-ci, Tovuz klubu 42 xalla 7-cidir. Nəhayət, günün son qarşılaşmasında çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. "Köhlən atlar"ın 73 xalı var. "Kimyaçılar" 47 xalla 4-cü sıradadır. Azərbaycan Premyer Liqası XXXII tur 28 aprel (bazar) 15:30. “Qəbələ” – “Kəpəz” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Yavər Rəhimov Qəbələ şəhər stadionu 17:45. “Neftçi” – “Turan Tovuz” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev Hakim-inspektor: Barış Şimşek AFFA nümayəndəsi: Erkin Hüseynov “Neftçi Arena” 20:00. “Sumqayıt” –“ Qarabağ” Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Eldəniz Musayev M.H. adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
106
50
manset.az

10Источники