Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 29-da Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, gənclərin peşə seçiminə dəstək olmaq məqsədilə keçirilən tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil ediləcək. “Açıq qapı” günü saat 10:00-dan 16:00-dək davam edəcək. Giriş sərbəstdir.
Ünvan: Gəncə şəhəri, Nizami prospekti 190.