- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Tbilisi, 26 aprel, AZƏRTAC
Avropa Parlamentinin Gürcüstana qarşı irəli sürdüyü tələblərin və şantaj cəhdlərinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Heç kim bu cür cəfəng sözlər və qətnamələrlə bizi yolumuzdan döndərə bilməz.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze səsləndirib.
Onun sözlərinə görə, viza liberallaşdırılması, LGBT təbliğatına qoyulan qadağa Mixail Saakaşvilinin azadlığa buraxılması ilə bərabər tutulur.
Baş nazir deyib: “Şantaj dilinin gürcü xalqı üçün keçərli olmadığı hələ 2022-ci ildə bəlli oldu. Konkret qüvvələr, o cümlədən avroparlamentarilər Gürcüstan cəmiyyətində mənfi zəmin yaratmaq üçün deyirdilər ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusu almayacaq. Onlar Gürcüstana qarşı üç müxtəlif qətnamə də qəbul etdilər. Lakin belə olmadı və onların bütün təhdidlərinə baxmayaraq, ölkəmiz namizəd statusunu aldı”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.