Azərbaycanlı cüdoçu Hidayət Heydərov (73 kq) Avropa çempionatında yarımfinala yüksəlib. Futbolpress.az xəbər verir ki, o, final yolunda Adil Osmanovla (Moldova) qarşılaşacaq. Digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) isə uğursuz çıxış ediblər. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.