Aprelin 26-sı saat 10:00-a olan məlumata görə, İrəvanda bağlı küçə yoxdur.
“İki sahil”in "news.am"a istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistan polisi məlumat yayıb.
Məlumatda deyilir: “Polis ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi funksiyalarını layiqincə yerinə yetirməkdədir”.
Xatırladaq ki, İrəvanda və Ermənistanın regionlarında hakimiyyətin Azərbaycanla sərhədin delimitasiyasına qarşı vətəndaşın etiraz aksiyaları keçirilir.