RU

ABŞ-nin 1 milyardlıq yeni hərbi yardım paketinə nə daxildir? – TAM SİYAHI

ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

7Times.az  xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 1 milyard dollar dəyərindəki hərbi yardım paketi yaxın vaxtlarda Ukraynaya çatdırlacaq.

Qeyd edək ki, həmin yardım paketinə aşağıdakı siahlar daxildir:

– RİM-7 və AIM-9M hava hücumundan müdafiə raketləri;

– “Stinger” raketləri;

– Kiçik silahlar və atıcı silahların əlavə patronları, o cümlədən Pilotsuz Uçuş Aparatlarına qarşı mübarizə üçün 50 kalibrli patronlar;

– HIMARS sistemləri üçün əlavə sursat;

-155 mm artilleriya mərmiləri, o cümlədən Yüksək Partlayıcı və İki Məqsədli Təkmilləşdirilmiş Adi Sursat;

-105 mm artilleriya mərmiləri;

– 60 mm minaatan mərmi;

– “Bradley” piyada döyüş maşını;

– “MRAPs” avtomobili;

– “HMMWVs” zirehli transpartyoru;

– Logistik dəstək vasitələri;

– Avadanlıqları yedəkləmək və çəkmək üçün taktiki maşınlar;

– Optik izlənən “TOW” raketləri;

– “Javelin” və “AT-4”;

– Dəqiq hava sursatları;

– Aerodromun dəstəkləyici avadanlıqları;

– Zireh əleyhinə minalar;

– “Claymore” piyada əleyhinə sursatlar;

– Gecə görmə cihazları;

– Sahə avadanlığı, təlim sursatları, texniki xidmət və digər köməkçi avadanlıqlar.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
182
12
Источники
Комментарий ()
Закрывать