- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Rusiya Xarici İşlər Nazirliyi tərəfindən çağırılan Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili Dace Rutka Rusiya diplomatik departamentinin Smolenskaya meydanındakı binasına gəlib.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, diplomat heç bir şərh vermədən nazirliyin binasına gedib.
Martın 27-də Latviyanın xarici işlər naziri Krisjanis Karins rusiyalı diplomatlardan birini persona non-qrata elan etmək qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyi bu addıma müvafiq cavab verəcəyini vəd edib.
Mehriban Mirzəzadə
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.