"Real"ın yarımmüdafiəçisi Toni Kroos baş məşqçi Karlo Ançelottinin komandanı necə motivasiya etdiyini açıqlayıb.
QOL.az xəbər verir ki, təcrübəli futbolçu mütəxəssisin bəzən onlarla zarafatlaşdığını, yalan dediyini söyləyib:
"Malyorka" ilə son oyundan əvvəl Ançelotti bizə dedi: "Qələbə qazansaq, çempion olacağıq." Matçdan sonra o, bizə yalan danışdığını dedi: “Sizi aldatdım, gələn həftə qalib gəlsək, o zaman hər şey bitəcək”.
Qeyd edək ki, hazırda İspaniya çempionatının turnir cədvəlində “Real” 81 xalla 1-ci yerdədir, “Barselona” 9 xal geridədir.