RU

Macarıstanın MOL şirkəti Azərbaycana 2 milyard investisiya yatırıb

Macarıstanın MOL şirkəti Azərbaycana 2 milyard dollar inverstisiya qoyub. Bunu MOL Azərbaycan şirkətinin icraçı direktoru Atilla Somfai deyib. 
 
O bildirib ki, bu şirkət Azərbaycanla Macarıstan arasında olan ən böyük şirkətdir. 


"Biz Azərbaycanda özümüzü uzunmüddətli perspektivldə görürük. Əsas da energetika sahəsində. Azər-Günəşli sahəsində dünya səviyyəsində tövhə vermək istəyirik. Hədəflərimiz Azərbaycanla biznesi genişləndirməkdir. Buna görə SOCAR-la birlikdə imkanları araşdırırıq. Bizim kimya rezin, litium sahəsində əməkdaşlığımız genişdir" , - o aprelin 25-də Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.
 
MOL Group Azərbaycanda fəaliyyət göstərən beynəlxalq, inteqrasiya olunmuş neft, qaz, neft-kimya və istehlakçı pərakəndə satış şirkətidir. 
 
Aygün Mirakif
 


www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
Источники
Комментарий ()
Закрывать