Türkiyə xüsusi xidmət orqanları tərəfindən İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, 10 şəxs Suriya ilə həmsərhəd Hatay vilayətində saxlanılıb.
“Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”, - nazir qeyd edib.