Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan təsdiqləyib ki, Birləşmiş Ştatlar son həftələrdə Ukraynanı gizli şəkildə ATACMS uzaqmənzilli raketlərlə təchiz edib,.
Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, həmin raketlər 300 km-ə qədər məsafəni qət edir. Onlar Co Baydenin martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edilib və keçən həftə ilk dəfə tətbiq olunub.
Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, aprelin 17-də ATACMS-la Krımda Rusiya aerodromunu atəşə tutulub.
Telegram kanalımız