Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir. Msport.az xəbər verir ki, bu gün milli komandamızın 6 üzvü rinqə çıxıb. Onlardan Malik Həsənov irlandiyalı rəqibini məğlub edərək, yarımfinala yüksəlib.
48 kq. Həsən Məlikov – Səbahəddin Ərgünal (Bolqarıstan) – Uduzub
51 kq. Məsud Yusifzadə – Samet Gümüş (Türkiyə) – Uduzub
54 kq. Amin Məmmədzadə – Bilal Bennama (Fransa) – Uduzub
63,5 kq. Malik Həsənov – Din Patrik Klensi (İrlandiya) – Qalib gəlib
67 kq. Nəbi İsgəndərov – Laşa Quruli (Gürcüstan) – Uduzub
71 kq. Sərxan Əliyev – Əsgərxan Madiyev (Gürcüstan)- Uduzub
Qeyd edək ki, daha əvvəl boksçularımızdan yalnız Alfonso Domenges (92 kq) yarımfinala vəsiqə qazanmışdı. Digər 11 boksçu isə (6 kişi, 5 qadın) mübarizəni dayandırmışdılar.