Bir neçə gün əvvəl Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyevin bizə “Mingəçevir yox, sırf Gəncə planı üzərində dayanılıb” deməsi ilə söz-söhbətə son qoyuldu. Buna baxmayaraq, “işıqçılar” hələ də qapısını döyəcək sponsoru gözləyir. Bəs yeni sponsorla bağlı xoş xəbər varmı?
“Mingəçevir”in mətbuat xidmətinin rəhbəri Elnur Qasımovun sualımızın cavabında söylədikləri:
“F-Holdinq”lə ilkin tanışlığımız olub. Amma digər məsələlərdə hər hansı bir yenilik yoxdu. Olarsa, Futbolun İnkişaf Fondu ilə birlikdə açıqlayacağıq. Digər sponsorlara gəlincə, hansısa real danışıq apardığımız şirkət yoxdu. Düzdü, əməkdaşlıq etdiyimiz şirkətlər var. Amma çempionluq və infrastrukturun inkişafı üçün əlverişli deyil. Tural Piriyevlə mütəmadi əlaqə saxlayırıq. Yenilik olarsa, məlumat verəcək”.
RÖYANƏ OĞUZ