Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakupost.az -a verilən məlumata görə, baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi ilə bağlı tələblərə cavab vermədiyi, mətbəx sahəsində sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin olunmadığı və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, restoranın fəaliyyəti məhdudlaşdırılıb.