![ABŞ](https://azertag.az/files/2024/1/1200x630/17139562771362210493_1200x630.jpg)
Tbilisi, 24 aprel, AZƏRTAC
ABŞ hökuməti Gürcüstana sərhədlərin təhlükəsizliyinin müdafiəsinin gücləndirilməsi məqsədilə hərbi-texniki yardım edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Tbilisiyə çatdırılan hərbi-texniki avadanlığın ümumi məbləği 13 milyon dollardır. Müasir avadanlıq sərhəd nəzarətini gücləndirməyə, qeyri-qanuni ticarətin və sərhədlərin pozulması hallarının qarşısını almağa kömək təşkil edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi