Bakı. Trend:
“Tesla” avtomobil istehsalçısının Baş direktoru İlon Maskkompaniyanın strategiyasındakı dəyişikliklə əlaqədar Hindistandaelektromobil zavodunun tikintisi planlarını müzakirə etmək üçün buölkəyə səfərini 2024-cü ilin sonunadək təxirə salıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, elektromobilistehsalçısı yaxın gələcəkdə Hindistan və Meksikadakı zavodlarasərmayə qoymaq əvəzinə, 2024-cü ilin sonunadək yeni və daha sərfəlielektrik avtomobilləri istehsal etmək niyyətindədir.
Həmçinin “Tesla” yeni istehsal xətlərini nəzərdən keçirmədənöncə elektromobil istehsalını 50 faiz artıraraq, 3 milyonaçatdırmağı düşünür.
Bir müddət öncə İ.Mask aprelin 21-22-də Hindistanaplanlaşdırılan səfərini təxirə saldığını bildirmişdi. O, DehlidəBaş nazir Narendra Modi ilə Hindistanda Starlink rabitə sistemininişə salınmasının sürətləndirilməsini, ölkəyə 2 milyard dollarlıqsərmayə qoyuluşunu və elektromobillərin birgə istehsalı üçün zavodtikilməsini müzakirə etməli idi.
Qeyd edək ki, 2023-cü ildə İ.Maskın Hindistan hökumətinəgöndərdiyi investisiya təklifi ildə 500 min elektromobil istehsaledəcək müəssisənin tikintisini və məhsulların üçüncü ölkələrəixracını nəzərdə tuturdu.