RU

Təcili xəstəxanaya yerləşdirildi

Argentina millisinin keçmiş hücumçusu Karlos Teves döş qəfəsindəki ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, tarixdə həm “Mançester Yunayted”də, həm də “Mançester Siti”də çıxış edən 14 futbolçudan biri olan 40 yaşlı argentinalı həkimə müraciət etdikdən sonra gecəni klinikada keçirib. Bu gün Karlos yaxınlıqdakı başqa bir xəstəxanada əlavə testlərdən keçməlidir.

Argentinanın “İndependilente” klubunda Tevesi baş məşqçisi onun xəstəxanaya yerləşdirildiyini açıqlayıb və müayinənin ilkin nəticələrinin “qənaətbəxş” olduğunu bildirib.

Teves hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
1
Источники
Комментарий ()
Закрывать