Azərbaycan Kubokunun yarımfinal mərhələsinin bu gün keçiriləcək cavab oyunlarının növbəti təyinatları da məlumdur.
Mspor.az xəbər verir ki, “Qəbələ” – “Zirə” matçında VAR-da Cavid Cəlilov, AVAR-da Eyyub İbrahimov yer alacaq.
“Qarabağ” – “Neftçi” duelində isə müvafiq olaraq Kamal Umudlu və Kamran Bayramov iş başında olacaqlar.
Qeyd edək ki, qarşılaşmalar saat 17:00-da və 20:00-da start götürəcək.