Azərbaycan Türkmənistana diri göyərçinlər, İtaliyaya isə göyərçin əti satıb – 27,5 manata
Bu ilin ilk iki ayı əzrində Azərbaycandan Türkmənistana 74 ədəd diri göyərçin ixrac edilib. Yeniavaz.com xəbər verir ki, Türkmənistana satılan göyərçinlərin bir ədədinin orta gömrük dəyəri 8 manat (4,7 dollar) olub. Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk iki ayında Azərbaycandan İtaliyaya 1240 kiloqram göyərçin əti də ixrac olunub. İxrac olunan ətin bir kilqoramının orta gömrük dəyəri 27,5 manat (16,2 dollar) olub.