Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsi ilə Babək prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük maşınının sürücüsü dairəyə daxil olarkən VAZ-2121 markalı maşına çırpılıb.
Qəza nəticəsində VAZ-a ciddi ziyan dəyib.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. Hər iki sürücünün izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.
![](https://static.cdnsb.net/afm/images/2024/04/24/6452211.jpg)
![](https://static.cdnsb.net/afm/images/2024/04/24/6452214.jpg)
![](https://static.cdnsb.net/afm/images/2024/04/24/6452217.jpg)