RU

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Magistraturaya

Bakı, 23 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək.

Qəbul imtahanı mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri yoxlanılır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki mövzudan birini seçməklə esse yazırlar.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların yazdıqları esselərin qiymətləndirilmə meyarları DİM-in saytında yerləşdirilib.

DİM-in saytında olunmuş meyarlar müvafiq yazı tapşırığı üzrə tam bal (5 bal) almaq üçün təqdim olunub.

Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.

Daha ətraflı məlumatı DİM-in saytından əldə etmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
20
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7427
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5136
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4814
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4612
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4395
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3656
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2925
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2652
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2637
Sabah 20 dərəcə isti olacaq
2551
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2541
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2198
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2164
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2059
Röyanın biabırçı videosu yayıldı
2029
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
1989
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1687
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1592
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1573
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1559