RU

Azərbaycanda zərərlə işləyən banklar bağlanacaq? - AÇIQLAMA

Azərbaycanda fəaliyyət göstərən banklar birinci rüb üçün maliyyə hesabatlarını açıqlayıb. Bankların əksəriyyəti xalis mənfəttələ fəaliyyət göstərib.

 

Ən iri mənfəəti Azərbaycan Beynəlxalq Bankı (80.6 milyon manat), Kapital Bank (71.4 milyon manat) və PAŞA Bank (51.1 milyon manat) əldə edib.

 

Maliyyə hesabatlarını açıqlayan banklardan bəziləri zərərlə işlədiyini elan edib. Mətbuatda zərərlə işləyən bankların bağlanacağı barədə müzakirələr aparılıb.

 

Qeyd edək ki, Azərbaycanda 23 bank fəaliyyət göstərir. Ötən il Günay Bank və Muğan Bank fəaliyyətini dayandırıb. Bəzi ekspertlər daha bir neçə bankın bağlana biləcəyini düşünür.

 

Bəs xalis zərərlə işləyən bankların bağlanma ehtimalı varmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov söyləyib ki, bank sektoru üçün ciddi təhdidlər yoxdur:

 

"Azərbaycanda müəyyən bankların xalis zərərlə işləməsinə dair statistika bank sektoru üçün ciddi təhdidlərin olduğunu göstərir demək doğru olmaz. Ona görə ki, bir çox, xüsusilə də sistem əhəmiyyətli banklar kifayət qədər mənfəətlə fəaliyyət göstərirlər. Xalis zərərlə işləyən bankların bağlanma ehtimalı ilə bağlı məsələsinə gəldikdə, ümumiyyətlə, mən 2024-cü ildə hər hansı bankın bağlanma ehtimalının olmadığını düşünürəm. Bank sektorundakı hazırkı vəziyyət bunu deməyə imkan verir. Eyni zamanda Mərkəzi Bankın hədəfləri içərisində bankaların  bağlanması gözə çarpmır. Riskli, yaxud zərərlə fəaliyyət göstərən bankların belə bağlanma ehtimalının çox aşağı olduğunu söyləyə bilərik.  Mərkəzi Bankın 2024-2026-cı ilə olan strategiyasında, eyni zamanda sərgilədiyi müəyyən davranışlar hazırki dönəmdə bankların bağlanmasına dair silsilə addımların bir müddətlik bitdiyini deməyə əsas verir".

Ekspert qeyd edib ki, bankların bağlanması üçün hər hansı bir dövr ərzində zərərlə işləməsi kifayət deyil.

 

"Bankın bağlanması üçün əsas və tutarlı faktor olaraq yalnız zərərlə işləməsini əsas qəbul etmək olmaz. Bunun davamlı olması, bankın bağlanması üçün digər mənfi tendensiyalar da müşahidə edilməlidir",- Eldəniz Əmirov əlavə edib.

 

İqtisadçı ekspert Natiq Cəfərli isə vurğulayıb ki, bankların maliyyə dayınıqlığı onun gələcək fəaliyyəti üçün əsas kriteriyadır:

 

"Mərkəzi Bank banklarla bağlı strategiyasını elan edərkən mənfəət və zərər məsələlərinin lisenziyalaşdırmada əsas məqam olacağını söylədi. Təbii ki, bu, Mərkəzi Bankın qərarıdır. Məntiqlə, öz parametrlərinə görə zərərlə işləyən banklara müəyyən zaman tanıyırlar. Əgər banklara 3-6 ay  vaxt veriləcəksə və  banklar bu dövr ərzində kapitallaşma səviyyəsini artırıb, zərərdən çıxa bilməsə, təbii ki, onların lisenziyalarının geri çağırılması məsələsi müzakirə oluna bilər.  Bundan əvvəl də belə hallar yaşanıb. Mərkəzi Bankın bu tipli banklara qarşı mövqeyi daha sərt olub. Bu da bank sektorunun sağlamlaşıdırılması konsepsiyası çərçivəsində atılan addım kimi təqdim edilir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7976
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5222
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5013
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4756
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4533
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3747
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3068
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2762
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2759
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2696
Sabah 20 dərəcə isti olacaq
2639
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2276
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2236
Röyanın biabırçı videosu yayıldı
2148
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2088
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2051
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1822
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1704
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1666
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1607