RU

"Rabitəbank"dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə DƏSTƏK - FOTOLAR

"Rabitəbank" elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib.

"Unikal" xəbər verir ki, bank Ağdam rayon Ə.Allahverdiyev adına Alıbəyli kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan 100-dən çox şagird üçün məktəbli ləvazimatları və kitablar hədiyyə edib. Məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarətdir. 

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada məktəblilərə təqdim edilən kitablar klassik və müasir ədəbiyyatı əhatə edir. Bura nağıllar, uşaq ədəbiyyatı, dünya və Azərbaycan ədəbiyyatından nümunələr və bu qəbildən olan digər kitablar daxildir. Əlavə olaraq, çanta, qələm, dəftər, rəngli karandaşlar, rəsm dəftəri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdim edilib.

Qeyd edək ki, "Rabitəbank" məktəbliləri kitabla təmin etməyi artıq bir ənənə halına çevirib. Belə ki, bank yaranmasının 30 illiyi və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Kitab Gəzər”in təşkilati dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrinin 30 ucqar kənd məktəbini ziyarət edərək, orada təhsil alan şagirdlər üçün kitabxanalar qurub. Bundan başqa, bank Bakının Nardaran qəsəbəsində 130 nömrəli məktəbi ziyarət edib, məktəblilərlə görüşərək onlara 400-dən artıq kitab hədiyyə edib. Məqsəd təqdim edilən kitablardan ibarət yeni kitabxanalar qurmaqla şagirdlərdə oxumağa qarşı olan sevgi və marağı artırmaq, onları gələcəkdə böyük nailiyyətlər əldə etməyə sövq etməkdir.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23691
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13204
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10489
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Helikopter qəzası ilə bağlı yeni xəbər
5725
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5691
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5523
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4436
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4144
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3828
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3690
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3512
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3466
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3067
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2787
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2759
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2533