AZ

Qohum evliliyini təhlükəli hesab edən, amma əmisi qızı ilə evlənən DAHİ

Təkamül dedikdə ilk ağıla gələn adlardan biri və daha çox “ insanın meymundan əmələ gəlməsi ” fərziyyəsinin müəllifi kimi məşhurlaşan Çarlz Darvinin də uşaqlıq illəri o qədər yaxşı keçməyib.

Azerforum bildirir ki, uşaq yaşlarında kəkələyən dahi sinifdə müəllim və şagirdlərin məsxərəyə qoyduğu ən rahat nişangah idi. Hətta ana dilini öyrənməyə tənbəllik edən Çarlz ən sadə sözləri belə tapmaqda çətinlik çəkirdi. Məktəb tərbiyəçiləri onun mavi və həmişə yuxulu gözlərinə nə qədər baxırdılarsa orada hər hansı predmetə maraq işartıları tapa bilmirdilər. Onun tay – tuşları centlmen olmağa, qızların rəğbətini qazanmağa çalışanda o, saatlarla əlində tilov çayın sahilində oturub gözünü suya dikərdi. Bir az böyüyüb silah gəzdirmək haqqını qazanandan sonra isə onu evdə tapmaq mümkün olmurdu. Ətraf meşələri gəzib, uçan hər canlıya atəş açan Çarlz axşam evə gələndə əlində bir bağlama quş gətirərdi: “ Səni yalnız ov, itləri və siçovulları tutmaq maraqlandırır ”- deyə atası onu danlayardı – Sən ailəmizi biabır edirsən!”

  Yeganə marağı həşərat, kəpənək toplayıb kolleksiya tərtib etmək olan dahinin Chagas adlı parazitlərdən əziyyət çəkməsi bəlkə də taleyin ona bəxş etdiyi ən ağır sınaq idi. Bədəninin içərisində yumşaq böcəklərlə yaşayan Darvin gündəliyində həşəratların ona necə bir hiss verdiyini bildirir: “ Mənə gecə yarısı Benchuca növü olan Reduvius cinsinə aid nəhəng qara böcək hücum etdi. Onun vücudumun ətrafında sürünməsini hiss etmək ən iyrənc hissdir ”.

Evlənmək üçün hətta özünə bir siyahı hazırlayan və qohumla evliliyin təhlükəli olduğunu söyləyən dahi sonradan əmisi qızı ilə evlənir. Övladlarından üçü xəstəlikdən dünyasını dəyişir, digərləri isə sağlamlıq problemləri ilə qarşılaşır. Bütün bunlara baxmayaraq, ailə həyatında özünü xoşbəxt sayan Darvinin istirahəti də başqalarından fərqli idi. Dahi axşam saat 20:00-dan 20:30-a qədər həyat yoldaşı ilə iki oyun nərd oynamasa yatmazdı. O, bunu özünə ən gözəl istirahət hesab edərdi. Hətta oyuna o qədər ciddi yanaşardı ki, oynadığı bütün oyunların hesabını gündəliyinə qeyd edərdi.

Murad
Azerforum.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
474
50
azerforum.com

10Mənbələr