Fransadan İngiltərəyə qayıqla yola düşən mühacirlərin səyahəti fəlakətlə başa çatıb.
News24.az xəbər verir ki, 110 nəfərin olduğu qayıqda çaxnaşma yaşandığı, 3-ü kişi, 1-i qadın və 1-i uşaq olmaqla 5 nəfərin həyatını itirdiyi bildirilib.
Bildirilib ki, qayıq yerli vaxtla saat 05:00 radələrində Wimereux şəhərindən yola düşüb. Dənizdə başladılan axtarış-xilasetmə əməliyyatının davam etdiyi deyilsə də, qəzanın səbəbi hələlik məlum deyil.
Günel Məlikzadə