RU

Sosial işçilər üçün təlimlər keçirildi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə icra olunan “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinə cəlb olunmuş sosial işçilər üçün beynəlxalq ekspert tərəfindən hazırlanmış proqram əsasında təlim keçirilib.

News24.az bildirir ki, “Regional İnkişaf” İctimai Birliyinin ofisində 15-20 aprel tarixlərində təşkil olunan təlimin ilkin mərhələsində Sosial Xidmətlər Agentliyi, Bakı şəhəri üzrə yerli icra hakimiyyətləri, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və “Ümidli gələcək” Gənclər İctimai Birliyində çalışan 30 sosial işçi iştirak edib. Növbəti mərhələdə təlimlər onlayn formatda davam etdiriləcək.

İnteraktiv formada keçirilmiş təimdə türkiyəli ekspert, Sakarya Universitetinin professoru Mehmet Zafer Danış tərəfindən iştiraçılara uşaqların reabilitasiyası və sosial xidmət, körpə və uşaq inkişafı, ekoloji sistem yanaşması, yetkinlik dövrü, milli və beynəlxalq hüquqda uşaq və uşaq hüquqları, cinayətə meyilli uşaqlar, küçə uşaqları və sosial risklər, küçə uşaqlarına yönəlmiş sosial siyasətlər və digər mövzular haqqında ətraflı məlumatlar verilib, onların çoxsaylı sulları cavablandırılıb.

Məlumat üçün bildiririk ki, layihə BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsasən küçə mühitində olan uşaqların hüquqlarının təmin olunması ilə bağlı qurumlar arasında çevik, koordinasiyalı və işlək mexanizmin yaradılması məqsədilə sosial işçilərin beynəlxalq təlim proqramı əsasında təlimləndirilməsi, aidiyyəti qurumlar tərəfindən küçə mühitində olan uşaqlar və ailələri üçün göstərilən xidmətlər və resurslar barədə məlumatların sistemləşdirilməsi (xidmətlər və resurslar xəritəsinin hazırlanması), sahə tədqiqatlarının aparılması ilə bağlı metodologiya və zəruri sənədlərin hazırlanması, ən azı 100 uşaqla bağlı tədqiqatın aparılması, onların və ailələrinin ehtiyaclarının müəyyənləşdirilməsi və təmin edilməsi istiqamətində müxtəlif tədbirlərin (sosial-psixoloji reabilitasiya, təhsil, səhiyyə, fərdi inkişaf, məşğulluq, hüquq dəstək, yaşayış, peşə hazırlığı, mədəni və s.) görülməsi və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsidir.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8146
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5260
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5074
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4818
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4592
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3761
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3087
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2803
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2769
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2729
Sabah 20 dərəcə isti olacaq
2677
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2288
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2250
Röyanın biabırçı videosu yayıldı
2201
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2100
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2078
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1841
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1674
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611